Siqaretin qiyməti yenidən dəyişdi

  • 08 fev 2016, 19:34
Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb.

Bu barədə Day.az-ın müxbirinə bir neçə satış nötəsindən bildirilib. Bu məlumatı həmdə bazardakı mənbələrdə təsdiq edib.

Məsələn, Winston (bazarda ən çox satılan siqaretlərdən) markalı tütün məmulatları 15% ucuzlaşaraq artıq 2,8 AZN-ə satılır. Halbuki son vaxtlar onların qiyməti 3,3 AZN təşkil edib. Kent markalı siqaretlərin qiyməti 3 manatadək, Sobranie markalı siqaretin qiyməti isə 4 AZN-dən 3 AZN-ə qədər ucuzlaşıb.