Neft 40 dollardan aşağı düşdü

  • 08 dek 2015, 22:29

 

Dekabrın 8-də neftin qiyməti 40 dollar səviyyəsində olan psixoloji həddən aşağı düşüb.

Bakı vaxtı ilə saat 18:20-yə olan məlumata görə, dünya birjalarında WTI markalı neftin qiyməti 0,86 dollar, yaxud 2,28% azalaraq bir barrelə görə 36,79 dollara düşüb.

"Brent" markalı neftin bir çəlləyinin qiyməti isə 0,79 dollar, yaxud 1,94% azalaraq 39,94 dollar təşkil edib.