Tarif Şurası dizelin bahalaşmasının səbəbini AÇIQLADI

  • 05 yan 2021, 22:50
Xəbər verildiyi kimi, Tarif Şurasının 4 yanvarda verdiyi qərara əsasən, benzin və dizel yanacağının qiyməti qaldırılıb.Təbii qazla bağlı isə əsaslandırma olmasına baxmayaraq, belə qərar verilməyib.
Demokratik.Az xəbər verir ki, Tarif Şurasının katibi Ceyhun Nəcəfov qiymətlərlə bağlı qərarın əsaslandırılmasına yönəlik çıxış edib.
İTV-dəki çıxışında o bildirib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsulun göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı modernləşdirilmə işləri aparılır.
Şura katibi bildirib ki, qiymət artımındakı bir səbəb isə dizel yanacağının ekoloji zərərli yanacaq növü olması baxımından digər yanacaq növlərindən istifadəni stimullaşdırmaq olub.


Oxşar xəbərlər