Demokratik TV
Xəbər lenti
Azərbaycanlı iş adamı Almaniyada azadlıqdan məhrum edildi
- 16 noy 2020, 23:55
Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamının son məhkəmə prosesi keçirilib.
“Report”un Avropa bürosunun məlumatına görə, Koblenz Şəhər İdarə Məhkəməsində baş tutan iclasda hakim Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov barəsində 2 il azadlıqdan məhrumetmə və 80 min avro pul cəriməsi ilə bağlı qərarı elan edib.
Məlumat üçün bildirək ki, bu ilin may ayında 42 yaşlı iş adamı alman polisi tərəfindən saxlanılıb. O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq, əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunub. Reynland-Pfalts Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Afiq Qəhrəmanov 2006-cı ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.
Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis İdarəsinin əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.
A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər. Azərbaycanlı iş adamı Almaniyadan Niderlanda keçən zaman saxlanılıb.
Koblenz şəhərində məhkəmə qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Nərminin qətlində ittiham olunan şəxsdən xəbər var
Vəzifəli "meşə qulduru" və mütəşəkkil dəstəsi zərərsizləşdirildi - RƏSMİ
Eldar Mahmudova cinayət işi açılır
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Gülər Əhmədova ilə bağlı Apellyasiya yeni qərar verdi
Gəncədə 1 ədəd F-1 əl qumbarası tapılıb - FOTO
Həbsdə olan iş adamının bəraət tələbi rədd edildi
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
Mübariz Mənsimovun üzünə duran şəxslərin kimliyi üzə çıxdı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti