Demokratik TV
Xəbər lenti
Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı
- 23 may 2020, 23:28
Baş nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Hökumət dərman alınmasına 10 milyon manat ayırdı
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayırdı
Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Tütünçülüyün inkişafına dair Dövlət Proqramı təsdiq edildi
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
Goranboy və Naftalana 6 milyon ayrıldı
40 fermerə 1,5 milyon manat ayrılacaq
Prezident bu Dövlət Proqramını təsdiq etdi - SƏRƏNCAM
Ölkəyə buğda idxalı 60, ət idxalı 50 faiz artır - Nazir isə inkişafdan danışır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti