Demokratik TV
Xəbər lenti
Birdəfəlik ödəmə ala bilməyənlərə XƏBƏRDARLIQ
- 19 apr 2020, 12:40
Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
Demokratik.Az xəbər verir ki, bununla bağlı suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, müraciətlərdə nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur:
"Bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir. Bununla bağlı bildirirəm ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.
Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir”.
Nazirlik rəsmisinin sözlərinə görə, qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər:
"Həmçinin qeyd etmək istəyirəm ki, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
AÇIQLANDI! Bu şəxslər 190 manat ala bilməyəcək
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? (RƏSMİ)
190 manat yardımı almaq üçün nə etmək lazımdır – Nazirlik açıqladı
Sahil Babayev Lənkəranda vətəndaş qəbulu keçirəcək
Səlim Müslümovdan kadr islahatı-yeni təyinatlar
Nazirlik sığortaedənlərə xəbərdarlıq edib
HƏR VƏTƏNDAŞA 250 MANAT YARDIM VERİLƏCƏK – Rəsmi açıqlama
Yeni nazir komissiya yaratdı (FOTOLAR)
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti