Demokratik TV
Xəbər lenti
1 milyard dollar kimin “cibinə” getdi? - Müəmma
- 08 sen 2019, 11:51
Kriptovalyuta bazarında bütün iri sövdələşmələri izləyən "Whale Alert” proqramı dollar ekvivalenti ilə dəyəri 1 milyarddan yuxarı olan 94 min 500 bitkoinin naməlum "pul kisəsinə” transfer edildiyini qeydə alıb.
əmin məbləğ ora 15 ayrı "pul kisəsindən” köçürülüb. Bu köçürmədən sonra naməlum "pul kisəsi” dərhal saxladığı pulun həcminə görə kriptovalyuta bazarında dördüncü yerə yüksəlib.
Ekspertlər təxmin edirlər ki, bu köçürmə kriptovalyuta bazarındakı hansısa iri oyunçunun pulları bitkoindən çıxarıb dollara çevirmək cəhdi ilə əlaqəli ola bilər. Bu da məbləğin iri olduğu nəzərə alınarsa bazarda xaos yaradardı.
Qeyd edək ki, sanksiyaların təsiri altında olan İran və Şimali Koreya kimi ölkələr beynəlxalq maliyyə əməliyyatlarında kriptovalyutadan getdikcə daha çox istifadə etməyə başlayıblar. Habelə kriptovalyuta ilə əməliyyatlardan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalar, çirkli pulların yuyulmasını həyata keçirən korrupsionerlər də istifadə edir. /virtualaz.org/
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Londonda mal-mülkü olan oliqarxlar “yandı”
Eldar Mahmudovla bağlı daha bir təhqiqat başladı
Manat, sükanı belə saxla
Qızıl dünya bazarında ucuzlaşıb
Dünya bazarında neft ucuzlaşıb
Mərkəzi Bank ikinci devalvasiyanın sirrini açdı - 1 milyard 245 milyon dollar
Dollar stabilləşir-Manat güclənir
Ən zəngin hərbi büdcəyə malik ölkələr – SİYAHI
Banklar 3, əhali isə 7 milyard ziyana düşdü
Natiq Əliyev: Neftin 60 dollar qiyməti hər kəsi qane edir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti