Qızıl bahalaşdı, gümüş ucuzlaşdı - Azərbaycanda

  • 02 noy 2018, 08:09

Azərbaycanda qızıl bahalaşıb, gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, noyabrın 1-də qızılın qiyməti oktyabrın 31-i ilə müqayisədə 3,0685 manat artaraq 1 unsiya üçün 2071,484 manat təşkil edib.

Gümüş 0,0945 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3608 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 18,6575 manat artaraq 1435,208 manat, palladiumun qiyməti isə 5,5675 manat artaraq 1843,99 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Oxşar xəbərlər