İsraildə su defisiti 2,5 milyard kubmetrə çatıb

  • 27 avq 2018, 07:08

İsraildə su ehtiyatlarının ümumi defisiti 2,5 milyard kubmetr təşkil edir.

Trend-in məlumatına görə, bu barədə ölkənin su resursları idarəsi məlumat yayıb.

"İqlim dəyişikliyi bizi su qənaətini həyat tərzinə çevirməyə məcbur edir, hətta yağışların bol olacağı vaxtlarda belə", - deyə idarənin yaydığı press-relizdə bildirilir.

Mütəxəssislər suyun tükənməsinin səbəbləri kimi qlobal iqlim dəyişikliklərini göstərirlər. Bununla əlaqədar olaraq, ölkədə suyun istifadəsinə məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir, ilk növbədə, özəl sahələrinin suvarılmasına kvotaların azaldılması.

Demokratik.Az

Oxşar xəbərlər