Azərbaycan Türkiyəyə 744 milyon manat yatırım edib

  • 05 okt 2017, 08:20
Türkiyədə "STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 744 milyon 72 min manat ayrılıb.

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Dövlət Neft Fondunun 2017-ci il büdcəsində xərclər bölməsinə "STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 744 milyon 72 min manatın ayrılmasını nəzərdə tutan bənd əlavə edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər