Türk futbolçu maaş və mükafatlardan imtina etdi

  • 08 fev 2017, 09:19

 

4 ay müddətinə futboldan uzaqlaşdırılan "Bayer"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu sözügedən müddətdə Leverkuzen təmsilçisində alacağı maaş və mükafatlardan imtina edib.

Bu barədə klubun saytı məlumat yayıb.

Bu qərarı türk oyunçunun özü verib. O, kluba daha çox ziyan verməmək üçün bu addımı atıb.

Qeyd edək ki, H.Çalhanoğlu "Trabzonspor"la imzalanan müqavilənin şərtlərinə əməl etmədiyi üçün 4 ay müddətinə futboldan uzaqlaşdırılıb.

qol.az
Oxşar xəbərlər