“Yuventus” Bonuççini aldı

  • 19 dek 2016, 18:33
İtaliyanın "Yuventus” klubu futbolçusu Leonardo Bonucci ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçinin müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. Yeni sözləşməyə əsasən, Bonuççinin illik qazancı 4,5 milyon avro olacaq. 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2010-cu ildən Turin klubunda çıxış edir.
Oxşar xəbərlər