Azərbaycan-Qazaxıstan qarşıaşması canlı yayımlanacaq

  • 26 mart 2016, 13:57
Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu canlı yayımlanacaq.
 
AFFA-nın saytı yaydığı xəbərə görə, qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, sözügedən matç bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.