Azərbaycan boksçusu dünya çempionu oldu

  • 06 fev 2016, 21:27
Bu gün Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı döyüşüb.

"Qafqazinfo" xəbər verir ki, F. Məmmədov rəqibini məğlub edərək dünya çempionu olub.

F. Məmmədov qələbəsiylə bağlı ilk açıqlamasını da verib. O, "Qəbələ" rəhbərliyinə təşəkkür edib ve bu günü 15 ildir ki, gözlədiyini qeyd edib. Peşəkar boksçu bu oyunun böyük boksda son oyunu olduğunu da qeyd edib və karyerasını bitirdiyini elan edib.
Oxşar xəbərlər