Məhkumlar arasında şahmat, dama və nərd üzrə yarış keçirilib

  • 25 dek 2015, 18:21

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı istintaq təcridxanası və Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin birgə təşkil etdiyi birincilik 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. 

Kəpəz TV (Region TV) xəbər verir ki, 1 gün davam edən yarışlarda nərd üzrə 30, şahmat və dama mübarizəsində isə 20 məhkum qüvvəsini sınayıb. Sonda birincilikdə yer tutan iştirakçılar idman idarəsinin fəxri fərmanı ilə təltif edilib.

 

Demokratik.Az