“Qarabağ” 2 müdafiəçi ilə meydana çıxır

  • 21 noy 2020, 15:22
Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın X turunun “Sumqayıt”la görüşünə qeyri-adi heyətlə çıxır.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov start heyətində cəmi 2 nominal müdafiəçiyə yer verib.

Bunlar Kevin Medina və Donlad Geryedir. Çempionat üçün 6 müdafiəçi sifariş edən Ağdam klubu Bədavi Hüseynovla Abbas Hüseynovun zədə, Rahil Məmmədovla Maksim Medvedevin koronavirus yoluxması üzündən belə vəziyyətə düşüb.
Oxşar xəbərlər