Demokratik TV
Xəbər lenti
Rüstəm Orucov qızıl medal qazanıb
- 24 okt 2020, 21:50
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.
"Report" xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, cüdoçumuz Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.
Qeyd edək ki, bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar.
Xatırladaq ki, turnirin ilk günü Orxan Səfərov millimizə bürünc medal qazandırıb. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb
İlham Əliyev və xanımı final görüşünü izləyib
Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Daha bir güləşçimiz qızıl medal əldə edib
Güləşçimiz Avropa çempionu oldu
Almaniyadan ilk medal
Azərbaycan idmançısı qızıl medal qazanıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti