Putin "Krım siyasəti" ni böyüdür – assimilyasiya

  • 18 sen 2016, 12:02

Putinin rəhbərliyi altında Rusiyanın "Krım siyasəti" növbəti məcraya yönəlib. Demokratik.Az-ın əlumatına görə "Rusiya hökuməti aktiv şəkildə Krıma Rusiya Federasiyasının müxtəlif bölgələrindən əhali köçürməyə başlayıb".

 

Bu barədə Ukrayna mətbuatına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov maraqlı fikirlər söyləyib. Onun sözlərinə görə, artıq Krıma 15 min dövlət işçisi gətirilib: Liderin sözlərinə görə;-"Krımdakı keçmiş işçilərə artıq inam yoxdur. Ona görə də onları Ural və digər yerlərə göndərirlər. Yarımadaya daha çox hərbçilər gətirilir. Bəzi mənbələrə görə, artıq Krıma müxtəlif bölgələrdən yarım milyon insan gətirilib”. Görünən odur ki, Rusiyanın Krıma maraqları çərçivəsində atılacaq siyasi addımlar 21 əsrin dünya tarixində özəl səhifələrdən biri olaraq qalacaq.

 

hazırladı:Osman Nərimanoğlu

Demokratik.Az 

Oxşar xəbərlər