Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

  • 12 sen 2016, 21:16
Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya-Amerika razılaşması kontekstində Suriyadakı vəziyyəti müzakirə edib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

D. Peskov həmçinin qeyd edib ki, müşavirədə Rusiya müdafiə naziri çıxış edərək "Qafqaz 2016" təlimlərinin nəticələri ilə bağlı məlumat verib. "Bundan başqa, Bişkekdə bu həftənin sonuna planlaşdırılmış MDB sammitinə hazırlıqla əlaqədar ətraflı fikir mübadiləsi aparılıb”, — deyə mətbuat katibi vurğulayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər