Putin və Medvedyev balıq ovuna çıxdılar-fotolar-video

  • 11 sen 2016, 10:11
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev İlmen gölündə balıq tutmağa gedib.
Onlar gölün kənarında balıqçıların balıq şorbası bişirdikləri tonqala yaxınlaşıblar.

Tonqalın ətrafında balıqçılarla bir yerdə oturan prezident və baş nazirin qarşısına yemək boşqabı  qoyulmayanda Putin zarafatla deyib: "İşləməmişik. Kim işləmirsə, o da yemir. Dmitri Anatolyeviç  nahaq yerə kömək istəyib”.

"Bəli, həqiqətən işləməmişik. Məmin bir tikə balığım yoxdur”, - Medvedev təsdiqləyib.
Tezliklə prezident və baş nazirin qarşısındakı kötüklərin üstünə balıq şorbası qoyulub. Şam yeməyi zamanı Putin və Medvedyev balıqçılarla gəmilərin qeydiyyatı, eləcə də brakonyerlərlə mübarizəni müzakirə ediblər.

Putin yemək zamanı istirahət günü göl kənarına gəlmək haqda qərar verməsindən danışıb. O, deyib ki, Novqorod vilayəti haqqında oxuyanda balıq tutmağın maraqlı vasitələri ilə tanış olub.