"Rövşən Lənkəranski"nin qətli ilə bağlı Türkiyədə 4 nəfər saxlanıldı - Video

  • 19 avq 2016, 21:06

İstanbul polisi  Beşiktaşda silahlı hücum nəticəsində öldürülən kriminal avtoritet  Rövşən Caniyevin (Lənkəranski)  qətli ilə bağlı 4 nəfər saxlayıb.


Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin "Milliyet" qəzeti məlumat  yayıb.

Məlumata görə, sürücünün  də xəsarət alması ilə nəticələnən hadisəylə bağlı 3-ü azərbaycanlı olmaqla, 4 nəfər saxlanılıb. Həbs olunanlar  Azərbaycan əsilli  H.T, A.N, Z.İ. və Türkiyə  vətəndaşı T.C  nəzarəti altına alınıb. Şübhəlilərlə bağlı əməliyyat davam etdirilir. 

Hadisə ilə bağlı istintaqın çox istiqamətli davam etdirildiyi və nəzarətə alınanların sayının  artacağı bildirilib.
 
Demokratik.Az
Oxşar xəbərlər