Nüvə fiziki Əmiri edam edildi

  • 07 avq 2016, 18:15
İranda 2010-cu ildən bəri həbsdə saxlanılan nüvə fiziki Şəhram Əmiri bu gün edam edilib.
 
Bu barədə "Manoto TV” məlumat yayıb.
 
Məlumata görə, alimin anası oğlunun edam edildiyini deyib.
 
Xatırladaq ki, fizik 2009-cu ildə Səudiyyə Ərəbistanında Ümrə ziyarəti zamanı itkin düşmüş, sonradan onun ABŞ-a getdiyi və Mərkəzi Kəfiyyat İdarəsi (CİA) tərəfindən qaçırıldığı məlum olmuşdu.
 
2010 –cu ildə İrana qayıdan Əmiri ölkəsində qəhrəman kimi qarşılansa da, bir müddət sonra həbs edilimişdi.

axar.az
Oxşar xəbərlər