III Dünya Müharibəsi Ukraynadan başlayacaq

  • 22 iyun 2016, 15:31

Qərbin Ukraynaya hərbi yardım etməsi III Dünya Müharibəsinin başlanmasına gətirib çıxara bilər.

 

Publika.az xəbər verir ki, bunu "Amerikanın Səsi” radiosuna müsahibəsində Ukrayna Ali Radasının "Batkivşina” fraksiyasından olan üzvü Nadejda Savçenko deyib.

 

Onun sözlərinə görə, hər şey Ukraynanın qərb partnyorlarının qətiyyətindən asılıdır. Deputat düşünür ki, ilk növbədə sanksiya silahından istifadə etmək lazımdır.

 

"Ukraynaya silah yardımı Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Əgər cari vəziyyətə baxsaq, Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar sərtləşdirilməlidir. Çünki Rusiya anlamalıdır ki, o yanlışlığa yol verir və müasir dünyada belə etmək olmaz”, – Savçenko bildirib.

 

Ali Radanın üzvü hesab edir ki, Rusiya xalqının daha az əziyyət çəkməsi üçün şəxsi sanksiyalara üz tutmaq gərəkdir. O, qeyd edir ki, hakimiyyət rus xalqından fərqli olaraq sanksiyaların nəticələrini hiss etmir.

 

Ömər Dağlı

Oxşar xəbərlər