Keniya 600 min miqrantı küçəyə atır

  • 08 may 2016, 09:53
Keniya hökuməti ölkədəki bütün qaçqın düşərgələrini, o cümlədən 300 minə yaxın insanın sığındığı Dadaabı düşərgəsini bağlayacağını açıqlayıb.
 
Bu barədə Keniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Karanca Kibiço məlumat verib.
 
Onun sözlərinə görə, düşərgələr maddi sıxıntı ucbatından bağlanacaq.
 
"Düşərgələr həm də "Əş-Şabab” terror qruplaşmasının fəallaşmasında böyük rol oynayır. Bu qərar milli təhlükəsizlik maraqları nəzərə alınaraq verilib”, - nazirlik rəsmisi qeyd edib.
 
Qeyd edək ki, düşərgələr bağlanarsa, Somalidən gələn təxminən 600 min adam küçədə qalacaq. 

axar.az