Ermənistan qadınları orduya cəlb edir-video

  • 16 apr 2016, 11:51

 

Yaxın zamanlarda Qarabağ münaqişəsi yenidən qızışa bilər. Bundan narahat olan Ermənistan hökuməti Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü qadınları hərbiyə cəlb edir. Bu barədə Almaniyanın "Tageszeitung” qəzetində yer alan erməni jurnalist Tigran Perosyanın reportajında deyilir.

1 həftə əvvəl Ermənistanın paytaxtı İrəvanda 18-30 yaş arası 170 nəfər könüllü üçün hazırlıq kursları açılıb. Jurnalistin sözlərinə görə, onların böyük əksəriyyəti qızlardır. Qadınlar da orduda xidmət etməlidir. Bunu kursun rəhbəri və məşqçisi Vova Vartanov deyib. O bunu ölkə əhalisinin azalması ilə izah edib. Kurs rəhbəri Vartanov Ermənistanda İsveçrə və İsrail modellərinin tətbiq olmasının tərəfdarıdır. Bu ölkələrdə qadınlar icbari şəkildə orduya cəlb olunur.

"Biz qəbul etməliyik ki, Azərbaycan daha müasir silahlara malikdir. Bizdə isə sovet ordusundan qalanlardır.”  -  deyə Vova Vartanov bildirib. 

Əslində, Ermənistan hakimiyyətinin narahatlığı başa düşüləndir. Ölkədəki işsizliyi, son zamanlar Azərbaycan - Ermənistan təmas xəttində yaranan gərginlikdə məhv olan hərbçiləri görən erməni gənclər hər hansı bir yolla ölkədən qaçmaqla həm də ordudan da yayınırlar. Bu da Ermənistan cəmiyyətində demoqrafik partlayışa gətirib çıxarıb. Sosial şəbəkələrdə erməni qızların hərbi formada kadrları da yayılıb. Onlar cəbhə haqqında danışırlar. Bəlkə, onları diri tutaq. Görək nə istəyirlər?!

Sosial və iqtisadi çətinliklər içində çabalayan ölkənin birdən birə İsveç və İsrail təcrübəsini tətbiq etməsi bu gün ermənilərin gözünə kül üfüləyə bilər. Bəs, sabah nə olacaq? Təqaüdçülər gedəcək cəbhəyə?

Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Avropa Birliyinin nümayəndə heyəti ilə görüşündə son açıqlamasında da Ermənistanın terrorçulardan və muzdlu döyüşçülərdən istifadə etdiyi deyilir.

Qəzetin məlumatına görə, ötən həftə Qarabağda atəşkəs elan olunandan sonra vəziyyət gərginləşməkdə davam edir. Və tərəflərarası atışmalar qeydə alınır. Erməni politoloqlar hesab edir ki, köhnə münaqişə əvvəlkindən daha şiddətli şəkildə böyüyə bilər.

Oxşar xəbərlər