Türkiyə Rusiya turistlərinə həsrət qalacaq

  • 07 apr 2016, 12:27
Rusiya 2017-ci ilə kimi öz turistlərini Türkiyə və Misirə getməyə qoymayacaq.

Rosturizmin sədr müavini Roman Skorıy deyib ki, ruslar bu ölkələrə turistik səfər edə bilməyəcəklər. 

Rus rəsminin sözlərinə görə, Misirin təyyarə uçuşlarının təhlükəsizliyi təkcə Rusiyaya aid məsələ deyil. Böyük Britaniya və bir neçə Avropa ölkəsi də səfərləri bərpa etməyə çalışmır. Rusiya bu ölkəyə turist səfərlərini Sinay üzərində baş vermiş terror aktından sonra dayandırmışdı. A321 təyyarəsi keçən ilin 31 oktyabrında qəzaya uğramışdı. Hadisə nəticəsində 224 nəfər ölmüşdü.

Türkiyəyə isə çarter reyslərini Rusiya keçən ilin noyabrında türk F-16-nın rus Su-24 bombardmançısını vurmasından sonra dayandırmışdı.
Oxşar xəbərlər