Rokfellerlər ailəsi neft biznesindən çəkildi

  • 24 mart 2016, 10:27
Neft sənayesinin formalaşmasına istiqamət verən dünyaca məşhur Rockefellər ailəsi qalıq yanacaqlar və karbohidrogen qaynaqlardan sərmayələrini çəkəcəyini açıqladı.

Rockefeller Ailə Fondu (Rockefeller Family Fund)  ekoloji faktorlara və iqlim dəyişikliyinə  əsaslanan  açıqlamasında  neft şirkətlərindeki hissələrinin əldən çıxaracağını bildirib.

Açıqlamada  qlobal cəmiyyətin qalıq yanacaqları ortadan qaldırmağa çalışdığı bir dövrdə bu yanacaqların hələ də istifadə edilməsinə maliyyə və etik olaraq məna verilmədiyi,  neft şirkətlərinin karbohidrogen axtarış fəaliyyətlərdə məntiq görülmədiyi bildirilir.  

"Rokfellerər ailəsi neft sənayesi sahəsində uzun illər fəaliyyətdə olub. Ancaq tarix irəliləyir. Con Rokfellerin 19-cu əsrdə qurduğu "Standart Oil" şirkətinin bu günki davamçısı olan ExxonMobil dünyanın ən böyük neft və qaz şirkətlərindən bir olmasına baxmayaraq fəaliyyəti tənqid olunmalıdır.Şirkət 1980-ci illərdən bu yana dünyanı iqlim dəyişikliyi mövzusunda səhv istiqamətləndirib" deyə açıqlamada qeyd olunur.
 
Demokratik.Az
Oxşar xəbərlər