Rusiya Asiyada ən böyük təlimlərə başlayır

  • 15 mart 2016, 22:15
Rusiya ilə Tacikistan birgə hərbi təlimlərə başlayıb.
 
Təlimlər Tacikistanın Əfqanıstanla sərhədində yerləşən Hatlan bölgəsində həyata keçiriləcək.
 
Tacikistanın Müdafiə nazirinin müavini Emoməli Sobirzadənin başçılığı ilə təşkil edilən təlimləri sözügedən ölkənin Müdafiə naziri Şerali Mirzə və Rusiyanın Mərkəzi Hərbi Bölgə komandanı Vladimir Zarudnitski də izləyəcək.
 
Məlumata görə, min kilometrlik Əfqanıstan sərhədi boyunca həyata keçiriləcək hərbi təlimlərdə iştirak edən hərbçilərin döyüş qabiliyyəti yoxlanılacaq.
 
Təlimlərdə 52 min hərbçinin iştirak edəcəyi gözlənilir.

axar.az