Rusiya Türkiyə hərbi əməkdaşlığına son

  • 24 fev 2016, 21:28

 

Rusiya Federasiyası Türkiyə ilə xidməti müqavilələr də daxil olmaqla hərbi-texniki  əməkdaşlığa son qoyub.

Bu barədə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə müşaviri Vladimir Kojin İnterfaks agentliyinə verdiyi müsahibədə bildirib.

"İki ölkə arsında silah çatdırılması və artilleriya sistemlərinin ixracı barədə razılaşma var idi. Bütün bu müqavilələrə son verilib. Hadisələr Rusiya prezidentinin dediyi rakursda dəyişməyənə qədər heç bir danışıq və müqavilə olmayacaq”, - deyə Kojin diqqətə çatdırıb.

anspress