Türkiyədən terror aktına cavab: İŞİD-in 200 üzvü məhv edildi

  • 14 yan 2016, 18:02

İstanbulun Sultanəhməd meydanında törədilən terror aktına cavab olaraq Türkiyə Suriya və İraqda İŞİD-in mövqelərinə zərbə endirib.

Demokratik.Az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, son 48 saat içində bu iki ölkədəki İŞİD mövqelərinə Türkiyədən 500-ə yaxın top və tanklardan zərbələr endirib və terror qrupunun 200 üzvü məhv edilib.

İŞİD liderlərinin hədəfə alındığını deyən Davudoğlu, əlavə edib ki, bundan sonra Türkiyəyə, onun qonaqlarına yönələcək hər bir təhdidə eyniylə cavab veriləcək.

Demokratik.Az