Ermənistan hökuməti ixtisarlar aparacaq

  • 29 dek 2015, 20:01

Ermənistan hökuməti dövlət aparatında ixtisarlar aparmaq üçün addımlar atacaq. 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ovik Abramyan jurnalistlərə açıqlamasında deyib. 

Hökumət başçısı bildirib ki, dövlət aparatının optimallaşdırılması istiqamətində addımlar atılacaq və 2016-cı ildə yeni yanaşmalar tətbiq ediləcək.  

"Yeni tələblər irəli sürüləcək, xərclər azaldılacaq. Bizim hamımız xərcləri məhsuldar şəkildə həyata keçirmək niyyətindəyik”. Bununla yanaşı o, hansı nazirliklərdə ixtisarların olacağını deməyib.

 

Demokratik.Az