Türkiyədə 4 İŞİD-çi öldürüldü

  • 14 noy 2015, 22:42

 

Türkiyənin  Qaziantep şəhərinin  Oğuzeli rayonunda  İŞİD üzvü olduğu bildirilən 4 nəfər öldürülüb.
Qaziantepin Oğuzeli  rayonunda içərisində silahlı İŞİD-çilərin olduğu iki maşın müəyyən edilib. 

Sözügedən iki maşına  hərbçilər  tərəfindən saxlamaları üçün xəbərdarlıq edilib. Xəbərdarlıqlara silahla qarşılıq verilməsindən sonra, hərbçilərin açıdığı atəş nəticəsində avtomobillərdəki 4 İŞİD üzvü öldürülüb.