Prezident iqamətgahı qarşısında atışma: iki nəfər yaralanıb

  • 02 noy 2015, 21:42

 

Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahının qarşısında atışma olub.

Demokratik.Az "Report"a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 20 yaşlı gənc iqamətgaha girməkdə israr edib. Polis ona icazə verməyib. Onların aralarında qarşıdurma yaranıb. Bu qarışıqlıqda gənc asayiş keşikçisinin tapançasını götürüb, polisə atəş açaraq onu yaralayıb. Sonra tapançanı başına sıxaraq özünü öldürmək istəyib, ancaq ona mane olublar. Nəticədə gənc yaralanıb.

Hadisə baş verən vaxt ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan iqamətgahda olmayıb.

Qeyd edək ki, prezidentin Huber iqamətgahı İstanbulun Sarıyer rayonunun Tarabya hissəsində yerləşir.