Ukrayna R-360 raketlərilə Rusiya gəmilərini vura bilərmi?

  • 22 iyun 2020, 10:16
Rusiya havadan müdafiə sistemləri istənilən hücumu dəf etməyə qadirdir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Frants Klintseviç ukraynalı ekspert Mixail Jiroxovun açıqlamasını şərh edərkən deyib.
"Onlar (ukraynalılar) köhnə sovet raketlərini – "Uraqan"dan "Smerç"ə kimi - modernizə edir. Bu raketlərə idaretmə funksiyası quraşdırmaq qanadlı raket əldə etmək demək deyil. Bu səbəbdən hazırda heç bir təhlükə görmürəm", - deyə senator bildirib.
Qeyd edək ki, ukraynalı ekspert Mixail Jiroxov "Neptun" kompleksinə daxil olan gəmi əleyhinə P-360 qanadlı raketlərinin Krım sahillərində, həmçinin Novorossiysk limanında bütün Rusiya gəmilərini məhvetmə imkanına malik olduğunu açıqlamışdı.


Oxşar xəbərlər