ABŞ ərəb koalisiyasından çıxır

  • 14 fev 2019, 21:33

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerikanın Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə hərbi əməliyyatlar aparan ərəb koalisiyasında iştirakının dayandırılması barədə qətnama qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qətnamənin lehinə Nümayəndələr Palatasının 248, əleyhinə isə 177 üzvü səs verib.

ABŞ Konqresinin yuxarı palatası olan Senatın da qətnaməni təsdiqləyəcəyi gözlənilir. Sənədin Senatdan keçməsindən sonra isə ABŞ prezidenti 30 gün ərzində müvafiq fərman imzalamaqla Amerikanın ərəb koalisiyasından çıxmasını rəsmiləşdirməlidir.

Oxşar xəbərlər