Ərdoğan: “Putinə videolar göndərdim”

  • 13 apr 2018, 20:08

"Hörmətli Putin və hörmətli Tramp ilə telefon danışıqlarımızda əsas mövzu Suriya idi”.

APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Taayyib Ərdoğan deyib. O bildirib ki, bölgədə gərginliyin daha da artması doğru deyil və yaşanan faciələr sona yetməlidir: "Şərqi Quta və Dumadakı hadisələr fəlakət tabloları idi. Məndə videolar var, bu videoları Putinə göndərdim”.

R. T. Ərdoğan bu məsələni ABŞ prezidenti Tramp ilə də müzakirə etdiklərini söyləyib: "Ona kimyəvi silah məsələsi ilə bağlı koalisiyanın hazırkı mövqeyinin müsbət olduğunu, bizim də bu məsələdə çox qərarlı olduğumuzu dedim. Bizim kimyəvi silahlara qarşı çox sərt mövqeyimiz var. Son müşahidələrimizə görə, bölgədə hava müəyyən qədər yumşalıb. Biz havanı yumşaltmaq, sülh əldə etmək istəyirik”.

Oxşar xəbərlər