Xəbər lenti
Bütün xəbərlər

Putinin seçkilərdə qalib gəlmək üçün işlətdiyi 12 fənd

  • 17 fev 2018, 16:36

Stalinin dediyi kimi, "səs verən deyil, səsi sayan daha vacibdir” sözü indi Rusiyada, Putin rejimində daha aktual səslənir.

"Rusiya prezidentinin babası Spiridon Putin vaxtilə Stalinin aşpazı olub. Deyəsən, elə ona görə rəhbərin bu sözləri Kremlin indiki sahibinin qulağına həqiqət kimi gəlir”, - "Huffington Post Deutschland”ın yazarı Boris Raytşuster yazır.

Müəllif Putinin qarşıdakı prezident seçkisində sürpriz yaşanmaması üçün öncədən gördüyü tədbirləri 12 bənddə sıralayıb.

1. Putinin əsas rəqibi və müxalifətin ən populyar siması Aleksey Navalnı seçkilərdən kənar edilib;

2. Hətta baş nazir Dmitri Medvedevin də etiraf etdiyi kimi, siyasət tərəfindən idarə olunan Rusiya ədliyyəsi Kremlin xoşagəlməz tənqidçilərini həbxsanaya göndərir. Məsələn, Navalnı seçkiqabağı kampaniya dövrünün hər beş gününü (60 gün) həbs şəraitində keçirib.

Onun yaxın dostu İlya Yaşin də həbsxanaların "sevimli” qonaqlarındadır. Yaşinin siyasi motivlərlə həbs edilən qardaşı elə indi də içəridədir. Bundan əlavə, Putin rəqiblərini təkcə içəridə deyil, xaricdə də təcrid etməyi bacarır. Bunların sırasında hələ də öz ölkələrinə qayıda bilməyən keçmiş dünya çempionu Harri Kasparov, baş nazirin keçmiş müavini Alfred Koxun adlarını çəkmək olar.

3. Bəzən rejimin əlaltıları tənqidçilərinə təkcə həbsxananı deyil, həm də "o dünyanı da xatırlatmalı” olurlar. Vaxtilə Kremlə qarşı qatı müxalifətçilərdən sayılan Boris Nemtsov düz Kremlin qarşısında bir polis əməkdaşı, həm də Putinin qızğın tərəfdarı sayılan Çeçenistan lideri Ramzan Kadırovun ətrafı ilə yaxın əlaqədə sayılan bir adam tərəfindən öldürülüb.

Bundan başqa, rejim öz rəqiblərini videoşantaj yolu ilə qorxutmaqdan çəkinmir. Mixail Kasyanovun nikahdankənar seks videosu buna nümunə sayıla bilər.

4. Rusiyada toplaşmaq azadlığı haqqında qanun Sovet İttifaqı dağıldıqdan sonra qəbul edilən ən mütərəqqi aktlardan biri sayılırdı. İndi kütləvi nümayişlər qanunun icazə verdiyi halda faktiki qadağan olunub. Üstəlik, hakimiyyət onların təşkilatçılarını daima təzyiq və təqib altında saxlayır.

5. Rusiyanın ən iri mətbuat qurumları zor yolu lə dövlət ideologiyasına tabe etdirilib və Kremlin sərt nəzarəti altındadır. Həftədə bir dəfə böyük telekanalların rəhbərləri Kremlə çağırılır və onlara müvafiq təlimatlar verilir. Burada kimlərin qara siyahıya salındığı, hansı xəbərin necə verilməli olduğu onlara başa salınır. Putin özü isə bütün tənqidlərin fövqündədir. Onun haqqında gedən məlumatlar jurnalistikadan daha çox, qəhrəmanlıq dastanlarını xatırladır. Lakin Navalnının ifşa etdiyi hər bir fakt barədə telekanallar susur.

6. Kremlin nəzarətində olan Mərkəzi Seçki Komissiyası seçki bülletenini elə hazırlayıb ki, hətta gözləri ən zəif görənlər belə başqa namizədlərdən fərqli olaraq Putinin adını rahatlıqla tapa bilir. Putinin rəqibləri haqqında məlumat 6 sərtlik xırda hərflərlə yazıldığı halda, onun adı cəmi iki sətrdə həm də iri hərflərlə adamın gözünə girir.

7. Rusiya prezidentliyinə digər namizədlər isə realiti-şounun iştiakçılarına daha çox oxşayır. Vladimir Jirinovski 25 ildir siyasi kloun obrazını qazanıb. Sergey Baburin Lenin muzeyindən çıxıb gələn pudralanmış eksponata bənzəyir. Kseniya Sobçak isə rusiyalılarda daha çox qıcıq doğuran faktor və anti-qəhrəman kimi görünür.

8. Keçən seçkilərdə rejim arzu edilən nəticəni əldə etmək üçün ağlagəlməz üsullara əl atımışdı. İndi də bir çox əlamətlər "karusel”, öncədən işarələnmiş seçki bülletenlərinin toplu olaraq atılması kimi klassik metodlardan aktiv şəkildə istifadə olunacağını göstərir.

9. Hətta 2-ci dünya savaşı belə seçkilərdə arqumentə çevrilib. Məsələn, fevralın 3-də Stalinqrad qələbəsinin şərəfinə təşkil olunmuş konsertdə bu cür seçkiqabağı plakatları görmək olardı: "Biz ölkəyə inanırıq, Biz Putinə inanırıq”.

10. Polis tərəfindən qorunmaq hüququ dünyanın hər dövlətində var. Amma indi Putinin şəkllərini əks olunduğu plakatlar da insanlarla bərabər eyni hüquqlara malikdirlər. Hər yerdə prezidentin seçki bannerləri üzərlərinə bir şey yazılmasın deyə bütün sutka boyunca polislər trəfindən mühafizə edilir.

11. Dövlət təbliğatı insanların seçkiyə kütləvi şəkildə gətirilməsi üzərində qurulub. Uşaq bağçalarında, məktəblərdə valideynlərdən xüsusi xəbərdarlıqla seçkiyə gəlmələri tələb olunur. Arxangelskdə isə martın 18-də Putinin şəkillərini çəkən uşaqların sərgisi təşkil olunacaq.

12. Seçkidə sorğu aparan müstəqil institutlar oyundan kənar edilib. Məsələn, hər kəs tərəfindən müstəqil olaraq qəbul edilən "Levada sentr” sorğu mərkəzi "xarici agent” elan edilərək ləğv olunub. Onun yerinə dövlətin absurd rəqəmlərini təbliğ edən sorğu şirkətləri peyda olub.

Demokratik.Az

Oxşar xəbərlər