İraq yenidən alovlana bilər

  • 07 fev 2018, 08:19

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin tədricən ölkəni tərk etməsi tələbilə çıxış edib.

İbadi ABŞ-ın İraqa gələrək İŞİD-ə qarşı mübarizə aparmasını Nuri el-Malikinin rəhbərlik etdiyi köhnə hökumətin istədiyini diqqətə çatdırıb.

"İraqda terror təşkilatlarını məğlub etdik. Suriyadan hələ də təhdidlər var. Terrorçuların hərəkətlərini izləmək üçün beynəlxalq güclərin hava dəstəyinə ehtiyacımız var. Amma koalisiya gücləri İraqda hərbçilərinin sayını azaltmalı, tədricən ölkəmizi tərk etməlidirlər", deyə İbadi qeyd edib.

İraqın şiə milislərinin təşkilatı olan "İraq Hizbullahı"nın nümayəndəsi Cəfər əl-Hüseyni isə bildirib ki, ölkədəki ABŞ qüvvələrinə qarşı hər an müharibə başlaya bilər. Bu dəfə heç bir vasitəçilik ABŞ-ın işinə yarımayacaq".

Oxşar xəbərlər