“Taliban” və İŞİD arasında ağır döyüşlər gedir

  • 28 noy 2017, 19:44

Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətində iki gündür "Taliban” hərəkatı ilə İŞİD arasında ağır atışmalar davam edir.

Avropa.info xəbər verir ki, vilayət valisi Attahullah Xoqyani yüzlərlə ailənin vilayətdəki kəndlərdən köçdüyünü bildirib. Əfqan ordusu iki qruplaşmanı da regiondan çıxarmaq üçün hava və quru qüvvələri ilə əməliyyata başlayıb.

Hökumət nümayəndələri evlərindən qaçqın düşən insanlara humanitar yardım göstərməyə başlayıblar.
Yardımla nağd pul, çadır, ərzaq və digər vasitələr daxildir.

Nəngərhar vilayəti atışmaların baş verdiyi regionlarla qonşuluqda yerləşdiyi üçün strateji ərazi sayılır.

Demokratik.Az

Oxşar xəbərlər