Gəncə teatrı da ayağa qalxdı-maaş - Qalmaqal

  • 20 noy 2015, 23:01

Akademik Milli Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının ardınca daha bir mədəniyyət ocağında narazılıqlar baş qaldırıb.

Demokratik.Az xəbər verir ki,Ölkə.Az ötən gün Gəncə Dövlət Dram Teatrında məvaciblə bağlı yaranmış problemlər aktyorların narazılığı barədə xəbər yayıb. Teatrdakı mənbə əməkdaşımızla söhbətində bunları deyib:


"İki il əvvələ qədər maaşlarımızı teatrın mühasibatlığından alırdıq. Sonradan kart sisteminə keçildi və "Zaminbank"dan almağa başladıq. Ancaq bu bankın da Gəncədə yalnız bir bankomantı (Sabir küçəsində) var ki, o da nadir hallarda işləyir. Belə olan halda maaşlarımızı bankomatdan 3-4 aydan bir ala bilirdik. Yalnız şəxsiyyət vəsiqəsilə bankın kassasına yaxınlaşandan sonra pulumuza ala bilərdik".

Mənbə bildirir ki, ötən qış teatrın direktoru Əli Qasımovun evindən oğurluq olur və məhz bu hadisədən sonra aktyorlar yenidən maaşlarını mühasibatlıqdan almağa başlayırlar:

"Deyilənə görə, həmin vaxt direktorun evindən 30 min pul, 30 min manat dəyərində zinət əşyaları və 40-a yaxın bankomant kartı oğurlanmışdı. Həmin bu kartlar teatrda adı gedib özü olmayan "ölülər"in kartları idi. Ona görə də Əli Qasımov səsini çıxara bilmədi. Elə həmin aydan əməkhaqlarımız yenidən mühasibatlıqdan verilməyə başladı".

Qeyd olunur ki, yeni teatr mövsümündən aktyorlar maaşlarını yenə də bankomatdan ala biləcəklər. Amma bu dəfə başqa bir bankdan:

"Mühasib deyir ki, çox əziyyət çəkirdiniz, ona görə belə lazım bildik. Amma bu dəfə maaşlarımızı Beynəlxalq Bankdan alacağıq. Səbəb odur ki, oğurlanmış 40 kartı "Zaminbank"da bərpa etmək olmaz. Yəni direktor işin üstünün açılmaması üçün bu addımı atır. Çünki sual oluna bilər ki, eyni vaxtda 40 işçinin kartı necə itə bilər?"

Mövzunu diqqətdə saxlayacağıq.

İntiqam VALEHOĞLU