Ağsuda xocalılara vaxtı keçmiş ərzaq paylandı

  • 24 fev 2017, 16:44

"Demokratik.Az”-a şokedici xəbər daxil olub. Məlumata görə, ötən gün Ağsu rayonunda yaşayan Xocalı qaçqınlarına istifadə müddəti bitmiş ərzaqlar paylanıb. Məlumata görə, "Xocalı soyqırımı”-nın ildönümü ərəfəsində yerli icra hakimiyyəti tərəfindən qaçqın ailələrə verilən ərzaqların içərisində vaxtı keçmiş, köhnəlmiş meyvə şirəsinə və digər şirniyyat məmulatlarına rast gəlinib. Bu barədə saytımıza Xocalı rayon sakini, ikinci qrup əlil Bəxtiyar Bağırov məlumat verərək, paylanan sovqatın əslində xocalılara hörmətsizlik olduğunu dilə gətirib. Vətəndaşın dediyinə görə, belə bir halın Xocalı Soyqırımının 25-ci ildönümünə təsadüf etməsi sakinlərdə ikrah hissi oyadıb.

Məlumatı araşdırmaq üçün dəfələrlə Ağsu rayon icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

Demokratik.Az

Oxşar xəbərlər