İran üzünü Rusiyaya tutdu

  • 22 fev 2017, 12:44

İran artıq Rusiyadan 12 ədəd "Superjet 100” təyyarəsi alacağını təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Rossiya-24 televiziyasına müsahibəsində Rusiyanın Energetika naziri Aleksandr Novak söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya ilə İran arasında narazılıq yaranıb. Belə ki, İran tərəfinin 100 ədəd "Aerbus” təyyarəsi alması Moskvanın xoşuna gəlməyib. Bu təyyarələrin özündən alınmasını gözləyən Moskva Tehrana xəbərdarlıq etmək üçün Baş nazirin müavini Dmitri Roqozini bu ölkəyə göndərmək istəsə də, sonradan qərarını dəyişdirib.

 

Demokratik.Az

Oxşar xəbərlər