Gəncədə sərxoş şəxs burnunu sındırdı

  • 02 yan 2017, 10:09
Gəncədə yıxılaraq burnunu sındıran sərxoş şəxs yerləşdirildiyi xəstəxananın tibb işçilərinə çətin anlar yaşadıb.

"Report"un qərb bürosunun məlumatına görə, yeni il bayramını dostları ilə qeyd edən Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəsirov Oktay Surxay oğlu sərxoş halda yığıncaq yerindən çıxdıqdan sonra küçədə yıxılaraq burnunu sındırıb.

Yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya aparılan O.Nəsirov ona ilkin tibbi yardım göstərmək istəyən tibb işçılərinə çətin anlar yaşadıb. Beləki, sərxoş şəxs heç bir tibbi yardım istəmədiyini dostlarının yanına qayıtmaq istədiyini bildirib.

O. Nəsirov xəstəxanaya gələn yaxınları ilə də mübahisə edib və burnu sınıq halda xəstəxanadan çıxıb gedib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oxşar xəbərlər