"ABŞ kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi"

  • 01 yan 2017, 09:37
ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış "Reina" gecə klubunun  sahibi Mehmet Kocarslan bildirib. 

"Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü", —  deyə o bildirib. 
 
Məlumata görə, terrorçu "Kalaşnikov" avtomatından atəş açıb. 
 
İstanbul valisi hücum zamanı azı 39 nəfərin öldüyünü, 60-dan çox şəxsin yaralandığını bildirib. 
Oxşar xəbərlər