Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanın bir neçə ölkədəki səfiri dəyişdi

  • 06 sen 2016, 20:42

Prezident İlham Əliyev iki ölkəyə səfir, bir ölkədə isə konsul təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

AzərTAc-ın məlumatına görə, sərəncamlara əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinada, Azər Xudayar oğlu Xuduyev isə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident eləcə də, Əliyənnağı Mehti oğlu Hüseynovu İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edib.

Prezident, həmçinin Almaniya və Moldovadakı səfirlərimizin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Həmin sərəncamlara əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Pərviz Oqtay oğlu Şahbazov isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.

                 Demokratik.Az

Oxşar xəbərlər