Vasif Talıbov naziri təltif etdi

  • 02 avq 2016, 09:46
Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər naziri "Əməkdar dövlət qulluqçusu” fəxri adını alıb.

Report xəbər verir ki, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncamda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikada dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hafiz Səyavuş oğlu Yaqubova "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Oxşar xəbərlər