Azərbaycan Ordusu Ağdərəni ala bilər

  • 07 apr 2016, 09:29

 

Demokratik.Az bildirir ki,son həftədə cəbhə xəttində baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən ruhyüksəkliyi,vətənpərvərliklə qarşılanır.Ordumuzun düşmən qüvvələrinə ağır,sarsıdıcı zərbələr endirməsi də qısa bir vaxtda işğal altında olan torpaqlarımızı azad edəcəyimizə zəmin yaradıb.Bunu Ermənistan tərəfi də artıq etiraf etməyə başlayıb.
 
Sitat:"Vəziyyət çox ağırdır,Ağdərədə bizim taleyimiz həll olunur”.Bu sözləri hazırda Ağdərədə olan erməni jurnalist Slavik Qabrelyan deyib.

Erməni jurnalist Ağdərə rayonunda vəziyyətin olduqca ağır olduğunu bildirib: "Burda bizim taleyimiz həll olunur. İnsanlar arasında təlaş və qorxu var. Cəbhə xəttinə 2 km qalmış heç kimi irəli buraxmırlar.Həmsöhbət olduğum yerli sakinlərin sözlərinə görə ailələrini Xankəndinə, İrəvana, hətta bəziləri Rusiyaya aparıblar.

Jurnalist qeyd edib ki, cəbhədə güclü partlayış səsləri gəlir: "Nə qədər çalışsaqda Azərbaycan tərəfinin partlatdığı komanda qərərgah məntəqəsi haqqında heç bir məlumat ala bilmədik”
Demokratik.Az da əminliklə bildirir ki,ordumuz istənilən an bir həmləylə Ağdərəni erməni işğalından təmizləyəcək,inşaallah o gün uzaqda deyil!!!
 
Demokratik.Az 
Oxşar xəbərlər