Xəbər lenti
Bütün xəbərlər

Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

  • 06 apr 2016, 20:22
"Biz Rusiyanın Azərbaycana silah satmasını ağrılı qəbul edirik”.

Azərbaycan bu gün silahın daha müasir növlərinə sahibdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür. 

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bəyan edib. 

Sarkisyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması faktı ona əzab verir.

"Rusiya bizim strateji müttəfiqimizdir. Biz eyni təhlükəsizlik sistemindəyik (KTMT). Təbii ki, Rusiyanın, yalnız onun deyil, bu strukturun digər ölkələrinin də Azərbaycana silah satmasını ağrılı qəbul edirik”, - Sarkisyan bildirib.

Amma o qeyd edib ki, Ermənistanın bu proseslərə təsiretmə imkanı məhduddur.

oxu.az
Oxşar xəbərlər