Azərbaycanda terror aktları həyata keçirmiş "Sadval"ın lideri öldürülüb

  • 21 mart 2016, 22:29
Dağıstanının Mahaçqala şəhərində ləzgi separatçılarının başçısı Nazim Hacıyev öldürülüb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, "Sadval" terror təşkilatının başçısı Nazim Hacıyev Mahaçqaladakı mənzilində çoxsaylı bıçaq zərbələri ilə öldürülmüş vəziyyətdə aşkar olunub.

Qeye edək ki, 1 il bundan əvvəl, 24 mart 2014-cü ildə bu terror təşkilatının başçılarından biri Ruslan Maqometrahimov da öldürülmüşdü.

"Sadval" Azərbaycanda ekstremist və terror təşkilatı kimi tanınır.
 
Demokratik.Az
Oxşar xəbərlər