Təyyarə burulğana düşdü – 21 nəfər xəsarət aldı

  • 01 yan 2016, 21:03
"Air Canada” şirkətinə məxsus, Şanxay-Toronto marşrutu üzrə uçan təyyarə hava burulğanına düşüb.

BBC xəbər verir ki, hadisə zamanı təyyarədəki 21 nəfər xəsarət alıb. Onların arasında 3 azyaşlı da var.

Təyyarə Calgary şəhərində təcili eniş edib. Rəsmi məlumata görə, 8 sərnişin boyun və kürək nahiyəsindən zərbə alıb, daha 13 nəfər yoxlamadan keçmək üçün xəstəxanaya aparılıb. Xəsarət alanların vəziyyəti stabildir.

Təyyarənin göyərtəsində ümumilikdə 351 nəfərin olduğu bildirilir. Onların 332-si sərnişin, 19-u ekipaj üzvü olub.
Sərnişinlərdən Yi Li jurnalistlərə hadisəni belə təsvir edib: "Əvvəl hər şey normal idi, sadəcə təyyarə bir qədər yellənirdi. Birdən vəziyyət gərginləşdi, tayyarə silkələnməyə başladı. Yanımda oturan qız yatırdı, qəfildən uçmağa başladı”.
Oxşar xəbərlər